AZ

Çin fələstinlilərin Qəzzadan köçürülməsi ideyasına qarşıdır

Çin hakimiyyəti Qəzza sakinlərinin başqa bölgələrə köçürülməsi təkliflərini qəbuledilməz hesab edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun brifinqdə bildirib ki, Qəzza fələstinlilərə məxsusdur və Fələstin ərazisinin ayrılmaz hissəsidir.

Fevralın 12-də Ərəb Liqasının baş katibi Əhməd Əbul Qeyt də ABŞ prezidenti Donald Trampın fələstinlilərin məskunlaşdırılması ideyasını “yüz ildir bu ideyaya qarşı mübarizə aparan ərəb dünyası üçün qəbuledilməz” adlandırıb.

İordaniya kralı II Abdullah da Vaşinqtonda Trampla görüşdə onun Qəzza zolağından fələstinlilərin köçürülməsi ideyasına qəti şəkildə qarşı olduğunu bildirib.

Seçilən
23
21
operativmm.az

10Mənbələr