AZ

İtaliya Azərbaycandan qeyri-neft məhsulları idxalını artırıb

Bakı. Trend:

Ötən il Azərbaycandan İtaliyaya 42,9 milyon ABŞ dollarıdəyərində qeyri-neft məhsulları ixrac edilib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.

Məlumata görə, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 861min ABŞ dolları və ya 2% çoxdur.

Hesabat dövründə İtaliyaya qeyri-neft məhsulları ixracıAzərbaycanın ümumi ixracının 1,28%-ni təşkil edib.

Eyni zamanda, 2024-cü ildə Azərbaycanın ən çox ticarətəməliyyatları apardığı ölkələrin siyahısında İtaliya ilk pillədəqərarlaşıb. Belə ki, ötən il Azərbaycanla İtaliya arasında ticarətəməliyyatlarının həcmi 11,4 milyard ABŞ dolları olub. Məlumatagörə, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 4,3 milyard ABŞdolları və ya 27,4% azdır.

Ötən il Azərbaycandan İtaliyaya 10,9 milyard ABŞ dollarıdəyərində məhsul ixrac edilib ki, bu da 2023-cü ildəki göstəriciyənisbətən 4,3 milyard ABŞ dolları və ya 28,5% azdır.

2024-cü ildə Azərbaycan İtaliyadan məhsul idxalını illikmüqayisədə 37,9 milyon ABŞ dolları və ya 7,9% artıraraq, 515,8milyon ABŞ dollarına çatdırıb.

Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycan xarici ölkələrlə(180 ölkə) 47,6 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatıaparıb. Bu, 2023-cü ilə nisbətən 3,6 milyard ABŞ dolları və ya 7%azdır. Xarici ticarət dövriyyəsinin 26,5 milyard ABŞ dollarıixracın, 2,6 milyard ABŞ dolları isə idxalın payına düşüb.

Son 1 ildə ixrac 7,3 milyard ABŞ dolları və ya 21,7% azalıb,idxal isə 3,8 milyard ABŞ dolları və ya 21,8% artıb. Nəticəetibarilə xarici ticarətdə 5,5 milyard ABŞ dolları həcmində müsbətsaldo yaranıb. Bu da illik müqayisədə 3 dəfə azdır.

Seçilən
2
7
az.trend.az

9Mənbələr