AZ

“Putinlə razılığa gəldik”

ABŞ prezidenti Tramp Rusiya prezidenti Putinlə uzun müddət telefon danışığı apardığını açıqlayıb. Tramp Ukraynadakı müharibəni bitirmək üçün danışıqlara başlamağa razılaşdıqlarını bildirib. “Rusiya və Ukrayna arasındakı müharibədə ölümləri dayandırmaq istədiyimiz barədə razılığa gəldik. Biz Putinlə razılaşdıq ki, komandalarımız dərhal danışıqlara başlayacaq”, - o, açıqlamasında bildirib.

***

Kremlin sözçüsü Dmitri Peskov Putin və Tramp arasında bu gün baş tutan telefon danışığı ilə bağlı paytaxt Moskvada jurnalistlərə açıqlama verib.

İki liderin əsir mübadiləsi mövzusunu müzakirə etdiklərini qeyd edən Peskov, “Tramp Amerika tərəfinin əldə edilən bütün razılaşmaları həyata keçirəcəyinə zəmanət verdi”, – deyib.

Putinin ABŞ rəsmilərini Rusiyada qəbul etməyə hazır olduğunu Trampa çatdırdığını ifadə edən Peskov, nümayəndə heyətlərinin Ukrayna məsələsi də daxil olmaqla iki ölkəni maraqlandıran məsələləri müzakirə edə biləcəyini bildirib.

Peskov Putinin Trampı Moskvaya dəvət etdiyini də vurğulayaraq, “Putin və Tramp Ukrayna məsələsini müzakirə edərkən, şəxsi təmasları, o cümlədən üz-üzə görüşləri davam etdirmək qərarına gəliblər”, – deyib.

İki liderin Yaxın Şərqdəki hadisələri də müzakirə etdiyini bildirən Peskov, “İranın nüvə proqramı və Rusiya ilə ABŞ arasındakı iqtisadi əlaqələr də müzakirə edildi. Təxminən 1,5 saat davam edən uzun bir telefon danışığı oldu”, – deyib.

***

ABŞ prezidenti Tramp Rusiya prezidenti Putinlə telefon danışığı ilə bağlı “Truth” sosial media platformasında açıqlama verib.

Putinlə uzun və məhsuldar bir telefon danışığı olduğunu və ortaq sahələrlə bağlı bir çox mövzunu müzakirə etdiklərini bildirən Tramp, ABŞ və Rusiya arasında birgə çalışmanın hər iki ölkəyə fayda verəcəyini bildirib.

“Birincisi, biz Rusiya-Ukrayna müharibəsində milyonlarla ölümü dayandırmaq istəyirik, bunu hər ikimiz etməyə razılaşdıq. Biz bir-birimizə səfər etmək də daxil olmaqla, çox yaxından işləmək barədə razılığa gəldik. Biz həmçinin razılaşdıq ki, komandalarımız dərhal danışıqlara (müharibənin dayandırılması üçün) başlayacaq və biz Ukrayna prezidenti (Vladimir) Zelenskiyə zəng etməklə başlayacağıq", – Tramp bildirib. məlumat verdi.

Tramp qeyd edib ki, Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün danışıqlarda ABŞ dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Ratkliff, milli təhlükəsizlik müşaviri Mayk Vals və Yaxın Şərq üzrə xüsusi nümayəndə Stiv Vitkoff iştirak edəcək.

Tramp Putinə təşəkkür edərək, “Prezident olsaydım baş verməyəcək bir müharibədə milyonlarla insan öldü, lakin bu müharibə indi bitməlidir. İnanıram ki, bu səy tezliklə uğurlu nəticəyə çatacaq”, – deyib.

Seçilən
34
41
vaxt.az

10Mənbələr