AZ

Rusiya və ABŞ prezidentləri arasında kritik telefon danışığı -SAAT YARIMDA NƏLƏR MÜZAKİRƏ OLUNUB?

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Tramp arasında telefon danışığı olub.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

 

Onun sözlərinə görə, söhbət zamanı Rusiya – Ukrayna münaqişəsinin nizamlanması, məhbusların mübadiləsi üzrə razılaşmalar, Moskva və Vaşinqton arasında ikitərəfli əməkdaşlıq, Yaxın Şərqdəki vəziyyət, həmçinin İranın nüvə proqramı müzakirə edilib.

 

“Bir az əvvəl Prezident Putin ilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp arasında telefon danışığı başa çatdı. Bu, çox uzun bir telefon söhbəti idi, təxminən bir saat yarım davam etdi”, – o söyləyib.

 

Xatırladaq ki, Tramp son həftələrdə Rusiya Prezidenti ilə danışıq planları barədə dəfələrlə bəyanat vermişdi.


Seçilən
22
13
senzor.az

10Mənbələr