AZ

Vladimir Putin və Donald Tramp arasında telefon danışığı baş tutub

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp telefon danışığı aparıblar.

Day.Az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı məlumat verib.

"Prezident Putin və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı yeni başa çatıb. Danışıq olduqca uzun sürdü və təxminən bir saat yarım davam etdi", - Peskov bildirib.

Onun sözlərinə görə, söhbət zamanı tərəflər Rusiya və ABŞ arasında iqtisadi əməkdaşlıq, ikitərəfli münasibətlər və digər məsələləri müzakirə ediblər.

Seçilən
65
1
day.az

10Mənbələr