Azerbaijan Airlines
Loyallıq İdarəsi/Biznesin İnkişafı Şöbəsi/Aparıcı İT Biznes Analitik
Son tarix 12 mar 2025 - Müraciət et
Təsvir
- Rəqəmsal aviasiya platformaları (Veb, iOS və Android) üçün xüsusiyyətlərin dizaynı və təkmilləşdirilməsi məqsədilə biznes bölmələri, tərtibatçılar və QA komandaları ilə sıx əməkdaşlıq etmək;
- Tərtibatçılar və testçilər üçün texniki tələbləri, o cümlədən məlumat xəritələrini, diaqramları, axın sxemlərini və test ssenarilərini hazırlamaq, təhlil etmək və sənədləşdirmək;
- QA komandaları ilə birlikdə test ssenarilərini müəyyənləşdirmək və onların biznes və texniki tələblərə uyğunluğunu təmin etmək;
- Tətbiq tapşırıqlarının icra vəziyyətini izləmək və nəzarətdə saxlamaq;
- Məhsul Sahibinin iştirakı ilə istifadəçi qəbul testlərini (UAT) aparmaq və işlənmiş funksionallığı yoxlamaq;
- Proseslərin istehsalata buraxılması üçün detallı tələbləri və sənədləri hazırlamaq;
- İstehsal mühitinə keçiddən sonra ikinci səviyyəli dəstək göstərmək, aviasiya ilə bağlı sistemlər və xidmətlər üçün tətbiq səviyyəsində performans və stabilliyi təmin etmək.
Tələblər
- Təhsil: Bakalavr, Magistr (üstünlükdür);
- Dil bilikləri: Azərbaycan dili – Əla, İngilis dili – əla, Rus dili – üstünlük;
- Proqram bilikləri: Microsoft Office proqramları (MS Excel, MS Word, PowerPoint – əla səviyyədə);
- ECBA, CBAP və ya digər texniki sertifikatlar (üstünlükdür);
- İş təcrübəsi: minimum 3 il;
- Proqram Bilikləri: BPMN, UML, API, Camunda, Microsoft MS, Google products, Postman, Swagger, SQL;
- Maraqlı tərəflər, tərtibatçılar və QA komandaları ilə effektiv ünsiyyət;
- Tapşırıqların prioritetləşdirilməsi və vaxtın idarə edilməsi;
- Problemlərin həlli və dəyişən tələblərə uyğunlaşma bacarığı;
- Komanda əməkdaşlığını gücləndirən yanaşma;
- Analitik düşüncə və detallara diqqət;
- Biznes məqsədləri ilə qərar qəbul etmək bacarığı;
- Güclü analitik və sənədləşdirmə bacarıqları;
- SDLC və arxitektura (veb və mobil) haqqında biliklər;
- API standartları (REST/SOAP), Postman, Swagger;
- Tətbiq qeydlərinin təhlili və problemlərin həlli;
- SQL sorğuları yazılması və icrası, JSON və XML strukturlarının təhlili;
- Müştəri-Server münasibətləri və Jira, Confluence, Click-up istifadə bacarığı.
İş şəraiti:
- İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək;
- İş yeri-Heydər Əliyev Beynəlxalq Aeroportu.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat