Azerbaijan Airlines

Loyallıq İdarəsi/Biznesin İnkişafı Şöbəsi/Aparıcı İT Biznes Analitik

Son tarix 12 mar 2025 – Müraciət et

Təsvir

  • Rəqəmsal aviasiya platformaları (Veb, iOS və Android) üçün xüsusiyyətlərin dizaynı və təkmilləşdirilməsi məqsədilə biznes bölmələri, tərtibatçılar və QA komandaları ilə sıx əməkdaşlıq etmək;
  • Tərtibatçılar və testçilər üçün texniki tələbləri, o cümlədən məlumat xəritələrini, diaqramları, axın sxemlərini və test ssenarilərini hazırlamaq, təhlil etmək və sənədləşdirmək;
  • QA komandaları ilə birlikdə test ssenarilərini müəyyənləşdirmək və onların biznes və texniki tələblərə uyğunluğunu təmin etmək;
  • Tətbiq tapşırıqlarının icra vəziyyətini izləmək və nəzarətdə saxlamaq;
  • Məhsul Sahibinin iştirakı ilə istifadəçi qəbul testlərini (UAT) aparmaq və işlənmiş funksionallığı yoxlamaq;
  • Proseslərin istehsalata buraxılması üçün detallı tələbləri və sənədləri hazırlamaq;
  • İstehsal mühitinə keçiddən sonra ikinci səviyyəli dəstək göstərmək, aviasiya ilə bağlı sistemlər və xidmətlər üçün tətbiq səviyyəsində performans və stabilliyi təmin etmək.

Tələblər

  • Təhsil: Bakalavr, Magistr (üstünlükdür);
  • Dil bilikləri: Azərbaycan dili – Əla, İngilis dili – əla, Rus dili – üstünlük;
  • Proqram bilikləri: Microsoft Office proqramları (MS Excel, MS Word, PowerPoint – əla səviyyədə);
  • ECBA, CBAP və ya digər texniki sertifikatlar (üstünlükdür);
  • İş təcrübəsi: minimum 3 il;
  • Proqram Bilikləri: BPMN, UML, API, Camunda, Microsoft MS, Google products, Postman, Swagger, SQL;
  • Maraqlı tərəflər, tərtibatçılar və QA komandaları ilə effektiv ünsiyyət;
  • Tapşırıqların prioritetləşdirilməsi və vaxtın idarə edilməsi;
  • Problemlərin həlli və dəyişən tələblərə uyğunlaşma bacarığı;
  • Komanda əməkdaşlığını gücləndirən yanaşma;
  • Analitik düşüncə və detallara diqqət;
  • Biznes məqsədləri ilə qərar qəbul etmək bacarığı;
  • Güclü analitik və sənədləşdirmə bacarıqları;
  • SDLC və arxitektura (veb və mobil) haqqında biliklər;
  • API standartları (REST/SOAP), Postman, Swagger;
  • Tətbiq qeydlərinin təhlili və problemlərin həlli;
  • SQL sorğuları yazılması və icrası, JSON və XML strukturlarının təhlili;
  • Müştəri-Server münasibətləri və Jira, Confluence, Click-up istifadə bacarığı.

İş şəraiti: 

  • İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək;
  • İş yeri-Heydər Əliyev Beynəlxalq Aeroportu.

Vakansiya haqqında

  • Vakansiya növü – Tam ştat