1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İngiltərə Premyer Liqasının təxirə salınmış 15-ci tur oyunu baş tutub.
Oxu.Az xəbər verir ki, "Liverpul" eyniadlı şəhərin digər klubu "Everton"un qonağı olub.
Mersisaydlılar minimal fərqlə meydan sahiblərindən üstün olsalar da, 90+8-ci dəqiqədə buraxılan qolla qələbəni əldən veriblər - 2:2.
Hazırda "Liverpul" yarış cədvəlində birinci yerdədir. Arne Slotun rəhbərlik etdiyi komanda 24 oyundan sonra 57 xal toplayıb və ən yaxın izləyicisi "Arsenal"ı 7 xal qabaqlayır.
"Everton" isə eyni sayda oyundan sonra 27 xala sahibdir. Komanda 15-ci yerdə qərarlaşaraq yüksək liqada qalmaq uğrunda mübarizə aparır.