AZ

“Liverpul”un tarixində ilk - Heyətində ingilis olmadan meydana çıxdı

“Liverpul” tarixində ilk dəfə start heyətində bir nəfər də olsun ingilis futbolçu olmadan meydana çıxıb.

“Qafqazinfo” “Opta Sport”a istinadən xəbər verir ki, bu, İngiltərə Premyer Liqasında “Everton”la XV turdan təxirə salınmış matçda baş verib.

Sözügedən matçda görüşdə “qırmızılar”ın start heyətində 9 ölkədən futbolçular yer alıb.

Qeyd edək ki, qarşılaşma 2:2 hesablı heç-heçə ilə bitib.

Niderland: Van Deyk, Qakpo, Qravenberx

Fransa: Konate

Macarıstan: Soboslai

Şotlandiya: Robertson

Şimali İrlandiya: Bredli

Misir: Salah

Braziliya: Alisson

Argentina: Makallister

Kolumbiya: Dias.

Seçilən
32
3
qafqazinfo.az

10Mənbələr