AZ

Donald Trampla Putinlə görüşəcək

ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən imza mərasimində mətbuat mənsubları ilə gündəmi dəyərləndirib.

Bakıvaxtı.az bu barədə CNN-ə istinadla xəbər verir.

O, Rusiya prezidenti Putin və Ukrayna prezidenti Vladimir Zelenski ilə ayrı-ayrılıqda telefonla danışdığını qeyd edib. Bildirib ki, Rusiya-Ukrayna müharibəsinə son qoyulması ilə bağlı mühüm müzakirələr aparılıb.

ABŞ prezidenti həm Putin, həm də Zelenski ilə üz-üzə görüşəcəklərini qeyd edib: 

"Biz əslində Putinin bura gəlməsini gözləyirik, mən də ora gedəcəm, amma yəqin ki, Səudiyyə Ərəbistanında da görüşəcəyik".

Əli Hüseynov

Seçilən
12
50
bakivaxti.az

10Mənbələr