AZ

“Chevron” 2027-ci ilə qədər işçilərinin bir hissəsini ixtisar edəcək

ABŞ-nin ən böyük neft şirkətlərindən biri olan “Chevron Corp.”, biznes strukturunu sadələşdirmək, səmərəliliyini və rəqabət qabiliyyətini artırmaq məqsədilə xərclərin azaldılması proqramı çərçivəsində dünya üzrə işçilərinin sayını 20 %-ə qədər azaltmağı planlaşdırır.

Bu barədə “Report” “Financial Times”a istinadən xəbər verir.

“Chevron”un direktorlar şurasının sədr müavini Mark Nelson bildirib ki, proqram şirkətin geniş aktiv portfelinin optimallaşdırılmasını, məhsuldarlığı artırmaq üçün texnologiyaların tətbiqini və s. nəzərdə tutur.

"Gözləyirik ki, bu tədbirlər 2025-ci ildən etibarən işçi sayının 15-20 % azalmasına səbəb olacaq. Bunların əksəriyyəti 2026-cı ilin sonuna qədər başa çatdırılacaq", - o qeyd edib.

Seçilən
77
3
report.az

10Mənbələr