AZ

Finlandiya Rusiya ilə sərhəddə səddin tikintisini vaxtından əvvəl başa çatdıracaq

Finlandiya-Rusiya sərhədində təxminən 200 km uzunluğunda səddin tikintisi işləri qrafiki qabaqlayır və böyük hissəsi 2025-ci ildə başa çatdırılacaq.

Bu barədə Finlandiya Sərhəd Xidmətinin rəhbəri Markku Hassinen bildirib.

“Səddin tikintisi əsasən bu il başa çatdırılacaq. Yalnız bəzi hissələr 2026-cı ildə tamamlanacaq”, – “Yle” ictimai yayımçısı onun sözlərindən sitat gətirib. Portal qeyd edir ki, bundan əvvəl səddin tikintisinin yalnız 2026-cı ilin sonuna qədər başa çatdırılacağı gözlənilirdi.

Seçilən
47
2
korrespondent.az

10Mənbələr