AZ

Rusiya ilə sərhəd sürətlə hasarlanır- TƏHLÜKƏ ARTIR

Ajans.az TASS -a istinadən xəbər verir ki, bu barədə Finlandiya Sərhəd xidmətinin rəhbəri Markku Hassinen bildirib.

"Səddin tikintisi əsasən bu il başa çatdırılacaq. Yalnız bəzi hissələr 2026-cı ildə tamamlanacaq", - “Yle” ictimai yayımçısı onun sözlərindən sitat gətirib. Portal qeyd edir ki, bundan əvvəl səddin tikintisinin yalnız 2026-cı ilin sonuna qədər başa çatdırılacağı gözlənilirdi.

Qeyd edək ki, 2022-ci ilin iyununda Finlandiyanın Daxili İşlər Nazirliyi (DİN) hökumətin "hibrid xarakterli təhdidlərlə" mübarizəyə hazırlaşmaq üçün Rusiya ilə sərhəddə maneələrin quraşdırılmasını planlaşdırdığını açıqlayıb. 2024-2026-cı illər ərzində təxminən 200 km uzunluğunda maneənin tikintisi nəzərdə tutulurdu. 2024-cü ilin martında DİN Rusiya ilə sərhəddə səddin sürətli templə tikintisi üçün 74 milyon avro ayırmağı təklif edib.

 

                                                                                                  

 

Seçilən
48
3
Ajans.az

10Mənbələr