AZ

Kevin Speysi ətrafında yeni qalmaqal: Britaniyalı aktyor təcavüzə görə məhkəməyə müraciət etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Hollivud ulduzu Kevin Speysi Britaniya məhkəməsində dörd kişiyə qarşı cinsi zorakılıqda təqsirləndirilməkdən bəraət almasına baxmayaraq, yeni məhkəmə iddiası səbəbindən bir daha diqqət mərkəzinə düşüb. Britaniyalı aktyor Ruari Kennon iddia edir ki, 2013-cü ildə o, 21 yaşında olarkən Speysi Londondakı "Old Vic" teatrında ona təcavüz edib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "The iPaper" xəbər yayıb.
Bildirilib ki, Kennon iddia edilən hadisənin nəticələrinə görə təzminat tələb edir.
Qeyd etmək lazımdır ki, iddia, həmçinin "Old Vic" teatrının özünə qarşı da irəli sürülüb. Kennonun sözlərinə görə, o zaman Speysi teatrın bədii rəhbəri vəzifəsində çalışdığı üçün teatr baş verənlərə görə məsuliyyət daşıyır.
Bu, Kevin Speysinin qeyri-münasib davranış ittihamları ilə üzləşdiyi ilk hal deyil. Aktyora qarşı ilk təcavüz ittihamları 2017-ci ildə irəli sürülmüşdü ki, bu da Britaniyada #MeToo hərəkatının ən səs-küylü məhkəmə proseslərindən birinə səbəb olmuşdu. Bütün əvvəlki ittihamlar Speysinin "Old Vic" teatrına rəhbərlik etdiyi 2000-ci və 2010-cu illərə aiddir.
Seçilən
42
50
oxu.az

10Mənbələr