AZ

Londonda ofis zirzəmisinin altında 2 min illik qədim şəhərin qalıqları aşkarlandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Arxeoloqlar Böyük Britaniyanın paytaxtı Londonda ofis zirzəmisinin altından 2 min illik Qədim Roma bazilikasının qalıqlarını aşkarlayıblar.
Oxu.Az xəbər verir ki, bu barədə "The Sun" məlumat verib.
London Arxeologiya Muzeyi (MOLA) tərəfindən edilən tapıntının şəhər tarixindəki ən əhəmiyyətli tapıntılardan biri olduğu bildirilir.
Qeyd edək ki, Qədim Roma Londiniumunun siyasi, ticarət və sosial mərkəzi kimi xidmət edən bazilika şəhərin və onun sakinlərinin həyatına təsir edən mühüm qərarların qəbul edildiyi yer olub. MOLA-nın inkişaf direktoru Sofi Cekson tapıntını unikal adlandırıb.
"Bu, 2 min il sonra spikerin kreslosunu və İcmalar Palatasını tapmaq kimi bir şeydir", - o bildirib.
Arxeoloqlar nəhəng bünövrələr, çaxmaq daşından tikilmiş divarları və dam kirəmitləri aşkarlayıblar. Ehtimal olunur ki, bazilika iki mərtəbəli olub və onun sakinlər və qonaqlar üçün açıq həyəti olub.
Bazilikanın qalıqları artıq ictimaiyyət üçün açıqdır və onun 2029-cu ilə qədər açılacaq sərginin bir hissəsinə çevrilməsi planlaşdırılır.
Seçilən
36
50
oxu.az

10Mənbələr