AZ

Dünya bundan yazır: Putin qələbə qazandı

Rusiya prezidenti Vladimir Putinlə Amerika lideri Donald Tramp arasında telefon danışığı dünya mediasının əsas müzakirə mövzusuna çevrilib.

Publika.az xəbər verir ki, xarici mətbuat bu söhbəti Rusiya prezidentinin diplomatik qələbəsi adlandırıb və həmçinin yaxın vaxtlarda Ukrayna üzrə danışıqların başlayacağını iddia edirlər.

“2022-ci ildə Ukraynada xüsusi əməliyyat başlayandan sonra Rusiya özünü siyasi təcrid vəziyyətinə saldı, lakin 2025-ci ildə vəziyyət dəyişdi”, - BBC yazır.

“Tramp deyir ki, o, Ukraynadakı münaqişəyə son qoymaq üçün Putinlə “çox yaxından birlikdə işləmək” istəyir. O ümid edir ki, onlar “bir-birinin ölkələrinə səfər edəcəklər”. Aydındır ki, Trampı Moskvaya dəvət edən Vladimir Putin də eyni şeyi düşünür ”, – nəşr hesab edir.

“Ukrayna üzrə danışıqlar indi başlaya bilər. Onun dəqiq nə vaxt və necə tamamlanacağı isə bəlli deyil. Lakin prezident Vladimir Putin sadəcə olaraq Trampla telefon danışığı etməklə bir növ diplomatik qələbə qazanıb”, - BBC vurğulayıb.

“Financial Times” isə qeyd edir ki, Tramp Avropanın Ukrayna danışıqları ilə bağlı qorxularını təsdiqləyir.

Seçilən
35
50
publika.az

10Mənbələr