“Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya lideri Vladimir Putin birbaşa danışıqlar aparmalıdır”.
Sfera.az UNİAN-a istindən xəbər verir ki, bunu Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloq bildirib.
Kelloq qeyd edib ki, Münhen Təhlükəsizlik Konfransı başlamazdan əvvəl Ukrayna və Rusiya arasında birbaşa danışıqlara ehtiyac var. O, açıqlamasında həmçinin Putinin bəyanatlarını, xüsusən də onun Zelenski ilə danışıqlardan imtina üçün irəli sürdüyü arqumentləri də dəyərləndirib:
“Putin dialoqdan imtina etməsinin səbəbi kimi Zelenskinin legitim olmamasını iddia edib. Onlar (Zelenski və Putin- red.) danışıqlar aparmalıdırlar və hər iki tərəf nədənsə imtina etməlidir. Müharibənin iki əsas iştirakçı - Ukrayna və Rusiya nümayəndələri ünsiyyət saxlamalıdır”.
Vasif