AZ

Zelenski və Putin birbaşa danışıqlar aparmalıdır, yoxsa…Kelloqdan mühüm açıqlama

ABŞ-ın xüsusi nümayəndəsi Kit Kelloq Münhen Təhlükəsizlik Konfransının əvvəlində verdiyi açıqlamada Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskinin birbaşa danışıqlar aparmasının vacib olduğunu vurğulayıb.

Musavat.com xəbər verir ki, Kelloq Putinin Zelenskinin “legitim olmadığını” iddia etməsi ilə bağlı suala cavab olaraq, “bu, işləməyəcək”, – deyib. O həmçinin hər iki tərəfin danışıqlar üçün müəyyən güzəştlərə getməli olduğunu bildirib: “Onlar bunu etməlidir. Hər iki tərəf nəsə itirməli olacaq.”

Kelloq Trampın birbaşa Putinlə danışıqlar aparmaq niyyətində olduğunu rədd edib. “Bizim üçün aydındır ki, üç tərəf arasında dialoq olmalıdır, xüsusən də iki əsas tərəf, ruslar və ukraynalılar, onlar bir yerə oturub danışmalıdırlar”, – deyə o qeyd edib.

Seçilən
44
50
ictimairey.az

10Mənbələr