AZ

Rusiya ABŞ-la Ukrayna ilə bağlı danışıqlar aparmaq üçün qrup yaratmağa başlayıb

Rusiya və ABŞ prezidentləri telefon danışıqları zamanı öz köməkçilərinə şəxsi görüşə hazırlaşmaq üçün dərhal göstəriş verməyə razılaşıblar. Bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib. Bu arada Moskva artıq Rusiya-Ukrayna münaqişəsi də daxil olmaqla, Vaşinqtonla danışıqlar üçün qrup formalaşdırmağa başlayıb.

“ABŞ-ın əvvəlki administrasiyası belə bir fikirdə idi ki, müharibənin davam etməsini təmin etmək üçün hər şey edilməlidir. Hazırkı administrasiya, anladığımız kimi, bu fikirdədir ki, müharibəni dayandırmaq və sülhün bərqərar olması üçün hər şey edilməlidir. Biz hazırkı administrasiyanın mövqeyindən daha çox təsirləndik və dialoqa açığıq”, - Kremlin sözçüsü jurnalistlərə bildirib.

Dmitri Peskovun sözlərinə görə, Rusiya danışıqlar qrupunun tərkibi Vladimir Putinin qərarlarından sonra açıqlanacaq. Prezidentin mətbuat katibi ABŞ və Rusiya liderləri arasında görüşün “daha ​​tez” keçirilməsinə ehtiyac olması ilə razılaşıb. “Dövlət başçılarının danışacaqları çox şey var, gündəlikdə olan bir çox mövzular dünən telefon danışığı zamanı qısaca açıqlanıb, lakin hələlik hər hansı müddət barədə danışmaq mümkün deyil, çünki hazırlıq işlərinə yalnız bu günlərdə başlanılacaq”, - o qeyd edib.

Vladimir Putinlə Donald Tramp arasında telefon danışığı dünən, fevralın 12-də baş tutub. Dmitri Peskovun sözlərinə görə, Putin söhbətdə Ukraynadakı münaqişənin “əsas səbəblərini aradan qaldırmağın zəruriliyini” qeyd edib. Kreml Donald Trampın ABŞ-da hakimiyyətə gəlişindən sonra liderlər arasında ilk telefon danışığı olub-olmadığı sualına cavab verməkdən imtina edib.

S.ELAY

XQ

Seçilən
3
1
xalqqazeti.az

10Mənbələr