Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp telefon danışıqları zamanı öz köməkçilərinə şəxsi görüşə hazırlaşmaq üçün dərhal göstərişlər verməyə razılaşıblar.
Editor.az bildirir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib. Bu arada Moskva artıq Rusiya-Ukrayna münaqişəsi də daxil olmaqla, Vaşinqtonla danışıqlar üçün qrup formalaşdırmağa başlayıb. “ABŞ-ın əvvəlki administrasiyası belə bir fikirdə idi ki, müharibənin davam etməsini təmin etmək üçün hər şey edilməlidir.
Hazırkı administrasiya, anladığımız kimi, bu fikirdədir ki, müharibəni dayandırmaq və sülhün bərqərar olması üçün hər şey edilməlidir. Biz hazırkı administrasiyanın mövqeyindən daha çox təsirləndik və dialoqa açığıq”, – Kremlin sözçüsü jurnalistlərə bildirib.
Dmitri Peskovun sözlərinə görə, Rusiya danışıqlar qrupunun tərkibi Vladimir Putinin qərarlarından sonra açıqlanacaq. Prezidentin mətbuat katibi ABŞ və Rusiya liderləri arasında görüşün “daha tez” keçirilməsinə ehtiyac olması ilə razılaşıb. “Dövlət başçılarının danışacaqları çox şey var, gündəlikdə olan bir çox mövzular dünən telefon danışığı zamanı qısaca açıqlanıb, lakin hələlik hər hansı müddət barədə danışmaq mümkün deyil, çünki hazırlıq işlərinə yalnız bu günlərdə başlanılacaq”, – o qeyd edib.
//Samir Qurbanov, Editor.az