AZ

Kremlin Suriyadakı Rusiya bazalarının taleyi ilə bağlı susur

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı Vladimir Putinin Suriyanın keçid dövrü prezidenti Əhməd əl-Şara ilə Suriyadakı Rusiya hərbi bazalarının gələcəyini müzakirə edib-etməməsi sualına cavab verməyib.

 

"Xeyr, hələ ki, xəbər verə biləcəyimiz yeni heç nə yoxdur", - Peskov deyib.

 

Fevralın 12-də Rusiya prezidenti Vladimir Putin Əhməd əl-Şaraa ilə ilk telefon danışığı keçirib, onunla ölkələr arasında əməkdaşlıq və Suriyanın sosial-iqtisadi inkişafı məsələlərini müzakirə edib.

 

Suriya liderinin ofisi daha sonra bildirib ki, danışıqlar zamanı Putin Suriyanın əvvəlki hökuməti ilə bağlanmış müqavilələrə yenidən baxmağa hazır olduğunu bildirib.

 

Rusiya Xarici İşlər Nazirliyinin daha əvvəl bildirdiyi kimi, Rusiyanın Suriyadakı mövcudluğunda heç bir dəyişiklik yoxdur. Danışıqlardan sonra Suriya hakimiyyəti qeyd edib ki, Rusiya “konkret tədbirlər”, o cümlədən kompensasiya və ölkənin yenidən qurulmasına kömək etməklə etimadı bərpa etməlidir.

 

Nigar

 

Seçilən
1
40
oxu24.com

10Mənbələr