AZ

Rusiyanın planı baş tutmayacaq – Azərbaycan-Türkiyə-Ukrayna ittifaqı mümkündür

Olaylar.az xəbər verir ki, Globalinfo.az ukraynalı diplomat və politoloq Vadim Tryuxandan müsahibə alıb.

Həmin müsahibəni təqdim edirik:

- Fevralın 14-də Münhen konfransında Ukrayna məsələsinə dair müzakirələr keçiriləcək. Bəzi mənbələrə görə may ayına qədər Ukrayna savaşı sonlana bilər. Artıq Ukrayna Prezidenti Volodimir Zelenski ərazi mübadiləsi təklifi də verib. Necə düşünürsüz, Rusiya barışığa gedəcəkmi?

- Buna böyük şübhəm var. Ruslar qanın qoxusunu alıb. Onlar hər hansı uzunmüddətli sülhü istəmir. Onlar passivləşmiş amerikalılarla siçan-pişik oyunu oynayacaq və heç bir halda Ukraynanın suveren, müstəqil dövlət olaraq qalması ilə razılaşmayacaqlar. Buna görə də müharibə bəlkə də hələ aylarla sürəcək.

- Ukrayna post-müharibə dövründə ABŞ və Avropanın təsir dairəsinə çevrilə bilər. Bu halda regiona təsir rıçaqları zəifləmiş Rusiyanın Azərbaycana münasibəti necə olacaq? Zəngəzur dəhlizinin bu mənada əhəmiyyəti nədir? Azərbaycanın "əlini gücləndirən" amillər varsa, bu, hansılardır?

- Ukrayna prinsipcə hər zaman ABŞ və Avropanın təsir dairəsində olub. Lakin müharibədən sonra nəyin nə zaman baş verəcəyini demək məncə, məqsədəuyğun deyil. Hesab edirəm ki, Rusiya Azərbaycana münasibətdə əvvəlki, keçmiş Sovet hakimiyyəti dövründəki təsirini bərpa etməyə çalışacaq. Bu onda alınacaqmı, buna şübhə edirəm. Axı Azərbaycanı dəstəkləyən Türkiyə faktoru var. Hesab edirəm ki, Azərbaycan öz hərbi potensialını artırmalı, Türkiyə və regionun digər dövlətləri ilə münasibətlərini dərinləşdirməli və Rusiyanın təsirindən çıxan Ermənistanla ümumi razılığa gəlməlidir.

- Zelenskinin postuna başqa bir namizəd gələrsə, bu, Azərbaycanla münasibətlərə necə yansıyacaq?

vadim

Vadim Tryuxan

- Ukraynalılar Azərbaycanı özünün çox yaxın tərəfdaşı hesab edir. Təəssüflər olsun ki, biz mövcud potensialdan istifadə etmirik. Mən ümid edirəm ki, biz gələcəkdə tərəfdaşlığı inkişaf etdirərək müttəfiqə çevriləcəyik. Zelenskidən sonra kimin prezident olmasından asılı olmayaraq bu mövqe dəyişməyəcək. Və fikrimcə, indi, Rusiya Azərbaycan təyyarəsini vurduqdan sonra və Azərbaycan da öz təcrübəsində Rusiyanın nə demək olduğunu gördükdən sonra bizim daha da irəli getməyə, bunu Azərbaycan-Türkiyə-Ukrayna üçtərəfli tərəfdaşlığı səviyyəsinə çatdırmaq şansımız yarandı. Düşünürəm ki, yaxın illərdə bu şansı reallaşdırmalıyıq.

- Ukraynada post-müharibə dövrü yeni dünya nizamının formalaşmasında necə əks olunacaq?

- Bu sual çox mürəkkəbdir. Bunun sadə bir cavabı var. BMT-ni buraxmaq və ya dünyada demokratiyanın inkişafına yönəlik fəaliyyət göstərən yeni təşkilat yaratmaq lazımdır. Lakin dünya liderləri arasında təəssüf ki, bununla bağlı konsensus yoxdur. Daha çətin məsələ odur ki, bundan sonra da bəzi ölkələr BMT və digər təşkilatları öz maraqları naminə istifadə edəcəklər.

Lakin İkinci Dünya müharibəsindən sonra yaranan beynəlxalq münasibətlər sistemi birmənalı olaraq dağılıb. Əgər dünyanın ABŞ, Almaniya, Çin, Böyük Britaniya, Fransa kimi aparıcı dövlətləri, eləcə də 11 ildən çox Rusiya ilə mübarizə apararaq öz gücünü sübut edən Ukrayna danışıqlar masasına oturmasalar və Rusiya, İran, Şimali Koreya kimi ölkələrlə bağlı qərar verməsələr dünyanı çox kədərli tale gözləyir.

Düşünürəm ki, Rusiya-Ukrayna savaşı avropalıları, amerikalıları, kanadalıları və çinliləri gələcəkdə müharibələri necə idarə etmək və dayandırmağa sövq edir. Lakin konsensusa və qarşılıqlı anlaşmaya hələ çox var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
79
50
olaylar.az

10Mənbələr