Avropalı siyasətçilər Trampa xəbərdarlıq ediblər ki, Ukrayna sülh danışıqlarında iştirak etməlidir.
İnterpress.az xəbər verir ki, Donald Trampın Vladimir Putinlə telefon danışığından və Amerika prezidentinin Səudiyyə Ərəbistanında qaçılmaz sülh danışıqları barədə açıqlamasından sonra Aİ-nin əsas ölkələrinin xarici işlər nazirləri sərt bəyanatla çıxış ediblər.
Onlar vurğulayıblar ki, Ukrayna istənilən danışıqların bir hissəsi olmalıdır.
“Biz Ukraynaya dəstəyimizi artırmağa hazırıq. Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü müzakirə mövzusu deyil”, — Almaniya, Fransa, Polşa, Böyük Britaniya, İspaniya və İtaliyanın xarici işlər nazirlərinin birgə bəyanatında deyilir.
Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib ki, sülh sazişinin imzalanması yalnız Ukrayna və Avropa ölkələrinin danışıqlarda iştirakı ilə mümkündür.
Xuraman Etibarlı
İnterpress.az