AZ

Avropa Ukrayna ilə bağlı sülh danışıqlarında iştirak etməlidir – Almaniyanın xarici işlər naziri Annalena Baerbok

Almaniyanın xarici işlər naziri Annalena Baerbok bildirib ki, Ukrayna və Avropa ölkələri Ukrayna ilə bağlı sülh danışıqlarında iştirak etməlidir.

“Ukraynanın iştirakı olmadan danışıqlar apara bilmərik” deyən xanım Baerbok “Deutschlandfunk”a deyib: “Avropada sülh təhlükə altındadır, buna görə də biz avropalılar prosesdə iştirak etməliyik”.

Fevralın 13-də Avropa ölkələrinin xarici işlər nazirləri və Avropa İttifaqının nümayəndələri “Veymar+” formatında görüş keçirib, daha sonra Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən birgə bəyanatla çıxış ediblər. Bir gün əvvəl isə Brüsseldə Ukrayna üzrə Ramşteyn formatında təmas qrupunun görüşü keçirilib və orada Pentaqonun rəhbəri bəyan edib ki, Kiyevin itirilmiş əraziləri geri qaytarmaq cəhdləri “müharibənin müddətini uzadacaq və daha çox iztirablara səbəb olacaq”. Daha sonra eyni fikri eyni gündə Vladimir Putinlə telefon danışığı aparan ABŞ prezidenti Donald Tramp da bildirib.

//Samir Qurbanov, Editor.az

Seçilən
5
38
editor.az

10Mənbələr