ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "Gulfstream" sərnişin təyyarəsi Moskvanın Vnukovo hava limanından havaya qalxıb.
Publika.az xəbər verir ki, bu barədə "Flightradar" məlumat yayıb.
Təyyarənin Rotterdamdan havaya qalxdıqdan sonra Rusiya hava məkanını keçdiyi məlum olub. O, ora Amerikanın Kamp-Sprinqs aviabazasından uçub.
"Military Observer" "Telegram" kanalının məlumatına görə, təyyarə Rusiya ilə ABŞ arasında mübadilə razılaşması çərçivəsində gəlib. Ehtimal olunur ki, Alexander Vinnik "Gulfstream"in göyərtəsindədir və adı hələ açıqlanmayan Amerika vətəndaşı ilə dəyişdiriləcək.