1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
ABŞ-də həbsdə olan Aleksandr Vinnik Rusiyaya təhvil verilib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Moskvanın Vnukovo hava limanına enib.
Vinniki daşıyan təyyarənin İstanbuldan Moskvaya uçduğu bildirilir.
Qeyd edək ki, Rusiya ilə ABŞ arasında məhbus mübadiləsi həyata keçirilib. Bir neçə gün öncə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Moskvaya səfər edib. Həmin səfərdən sonra Rusiyada həbsdə olan amerikalı diplomat Mark Fogel azad olunaraq Vaşinqtona göndərilib.