AZ

ABŞ Aleksandr Vinniki Rusiyaya təhvil verdi -VİDEO

ABŞ-da həbsdə olan Aleksandr Vinnik Rusiyaya təhvil verilib.

 

TASS xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Moskvanın Vnukovo hava limanına enib.

 

Vinniki gətirən təyyarənin İstanbuldan Moskvaya uçduğu bildirilir.

 

Qeyd edək ki, Rusiya ilə ABŞ arasında məhbus mübadiləsi həyata keçirilib. Bir neçə gün öncə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Moskvaya səfər edib. Həmin səfərdən sonra Rusiyada həbsdə olan amerikalı diplomat Mark Fogel azad olunaraq Vaşinqtona göndərilib.


Seçilən
21
8
senzor.az

10Mənbələr