2025-ci ilin yanvarın 1-nə Azərbaycan banklarının sənaye sahəsinə verilmiş biznes kreditlərinin həcmi 2 milyard 711,3 milyon manat təşkil edib.
Finss.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir ki, bu növ kreditlərin həcmi aylıq müqayisədə 39,9 milyon manat (1,5%) azalıb, illik müqayisədə isə 367,4 milyon manat (15,4%) artıb.
Qeyd edək ki, 2024-cü ilin dekabrında bu rəqəm 2 milyard 751,2 milyon manat, ötən ilin eyni dövründə isə 2 milyard 343,9 milyon manat olmuşdur.
Fuad Mədətov
Finss.az