ABŞ Rusiya Prezidenti Vladimir Putinin Ukraynanın müstəqilliyinə zəmanət verən sülh müqaviləsinə razı olmadığı təqdirdə, Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini istisna etmir.
“Report” xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens “The Wall Street Journal” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Vaşinqton Rusiya ilə Ukrayna məsələsində razılaşma əldə etmək üçün iqtisadi və hərbi təzyiq vasitələrindən istifadə edə bilər.
"Təsir göstərmək üçün iqtisadi vasitələr var, əlbəttə ki, hərbi vasitələr də var", - o bildirib.
Eyni zamanda, Vens qeyd edib ki, nəticədə əldə olunacaq razılaşma bir çoxlarını şoka salacaq.