Aktual.az xəbər verir ki, bu barədə "Politiko” məlumat yayıb.
"Bu, Ukrayna ilə potensial sülh sazişi ərəfəsində transatlantik gərginliyin artdığı bir vaxtda ev sahibi ölkə rəhbərinə ciddi diplomatik qınaqdır”, - məlumatda deyilir.
ABŞ-ın sabiq rəsmisi nəşrə anonim olaraq bildirib ki, Vens heç vaxt Münhendə Şoltsla görüşməyi planlaşdırmayıb:
"Onu görməyə ehtiyacımız yoxdur, o, uzun müddət kansler olmayacaq”.
Eyni zamanda adının açıqlanmasını istəməyən alman rəsmisi bunun ölkəyə qarşı hörmətsizlik olduğunu vurğulayıb:
"Şoltsa tab gətirə bilmirəm, amma o, hələ də bizim kanslerdir. Bu o deməkdir ki, Tramp administrasiyası müttəfiqləri ilə maraqlanmır”.