İtaliyanın qərbindəki Elba adasında güclü yağışlar nəticəsində daşqınların baş verdiyi bildirilir.
Publika.az xəbər verir ki, dünən günortadan sonra ölkənin mərkəzi və qərb bölgələrində qeydə alınan leysan yağışlar xüsusilə Elba adasına daha çox təsir edib.
Bildirilib ki, adada yanğınsöndürənlər 28 nəfəri xilas edib. Portoferraio Bələdiyyəsi də fırtına ilə bağlı vəziyyətin kritikliyinə diqqət çəkib. Vətəndaşlara küçəyə çıxmamaq və maşın sürməmək barədə xəbərdarlıq edilib.
Portoferraioda bir saat ərzində 65 millimetrdən çox yağış yağdığı qeydə alınıb. Bu arada, Mülki Müdafiə Bölməsi də cümə günü ölkənin mərkəzi və qərb bölgələrində güclü yağış yağacağı barədə xəbərdarlıq edib.