AZ

Boliviyada güclü yağışlar 28 nəfərin həyatına son qoyub

Boliviyada güclü yağışlar nəticəsində ölənlərin sayı 28-ə çatıb.

Bakıvaxtı.az-ın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, bunu ölkənin mülki müdafiə nazirinin müavini Xuan Karlos Kalvimontes deyib.

Onun sözlərinə görə, yağışlar ölkənin 9 departamentindən səkkizinə təsir edib: “Hazırda 27 bələdiyyədə fövqəladə vəziyyət elan edib, onlardan 22-si təbii fəlakətdən ən çox zərər çəkən La-Pas departamentindədir. Dörd nəfər hələ də itkin sayılır”.

Milli Hava və Hidrologiya Xidməti yağışların aprel ayına qədər davam edəcəyini proqnozlaşdırır.

Seçilən
1
6
bakivaxti.az

10Mənbələr