Boliviyada güclü yağışlar nəticəsində ölənlərin sayı 28-ə çatıb.
“İki sahil”in “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, bunu ölkənin mülki müdafiə nazirinin müavini Xuan Karlos Kalvimontes deyib.
Onun sözlərinə görə, yağışlar ölkənin 9 departamentindən səkkizinə təsir edib: “Hazırda 27 bələdiyyədə fövqəladə vəziyyət elan edib, onlardan 22-si təbii fəlakətdən ən çox zərər çəkən La-Pas departamentindədir. Dörd nəfər hələ də itkin sayılır”.
Milli Hava və Hidrologiya Xidməti yağışların aprel ayına qədər davam edəcəyini proqnozlaşdırır.