AZ

Tramp Rusiyanın güzəştləri ilə bağlı mövqe bildirməyib

Bakı, TurkicWorld

ABŞ prezidenti Donald Tramp, Rusiyanın Ukrayna ilə danışıqlarda “mümkün güzəştləri” barədə suala qeyri-müəyyən cavab verib.

TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki,. Ağ Evdə mətbuat konfransı zamanı Tramp Rusiya-Ukrayna müharibəsi ilə bağlı sualları cavablandırarkən, müharibənin bitməsi üçün aparılan danışıqların nəticələri barədə hələlik dəqiq bir şey söyləməyin mümkün olmadığını qeyd edib.

Tramp həmçinin Rusiyanın 2022-ci ildə müharibəyə başlamasına görə peşman ola biləcəyini iddia edib və bildirib ki, əgər həmin vaxt ABŞ prezidenti özü olsaydı, müharibə heç vaxt başlamazdı.

O, Rusiyanın danışıqlarda böyük güzəştlərə gedə biləcəyini, amma eyni zamanda heç bir güzəşt etməyə də biləcəyini söyləyib. Müharibənin başlanğıcı ilə bağlı "Putindən əvvəl belə deyilirdi ki, Ukrayna NATO üzvü ola bilməz. Bu, çox sərt şəkildə ifadə olunurdu və məncə, əslində müharibənin əsas səbəbi də elə budur. Bunu Co Bayden (ABŞ-ın keçmiş prezidenti) də deyib,Vladimir Zelenski də , və hər kəs müharibənin haradan başladığını yaxşı bilirdi." - deyə ifadə edib.

Tramp əlavə edib ki, hər iki tərəf müharibəni bitirmək üçün müəyyən addımlar atmalı olacaq və bu prosesdə Ukrayna daha çox güzəştə getməli olacaq

Seçilən
37
50
turkic.world

10Mənbələr