AZ

Maliyyə sektorunda çalışanların neçə faizi qadınlardır?

Maliyyə sektorunda çalışan işçilərin 42%-ni qadınlar təşkil edir.

Bu barədə Bizim.Media-ya Azərbaycan Mərkəzi Bankından bildirilib.

Qeyd edilib ki, 21 bank, 12 investisiya şirkəti və 16 sığorta şirkəti olmaqla cəmi 49 maliyyə institutu arasında aparılan sorğu nəticələrinə görə, ümumilikdə bu sektorunda son 12 ayda işəgötürülənlərin 37%-ni qadın əməkdaşlar təşkil edib.

Məlumata görə, bank sektorunda qadınlar ümumi işçi heyətinin 39%-ni, son 12 ayda işə qəbul olunanların isə 34%-ni təşkil edir.

Keçən il ümumi işçi sayında qadınların payı 38% olub. Rəhbərlik səviyyəsində qadınların təmsilçiliyi daha aşağıdır. Departament və şöbə rəhbərləri arasında qadınların payı 21%, MŞ və İdarə Heyəti (İH) üzvləri arasında isə bu göstərici müvafiq olaraq 9% və 11%-dir. Gender müxtəlifliyinin nəzərə alınması ilə bağlı daxili tələblər yalnız 8 bankın sənədlərində əks olunmuşdur ki, bu da rəhbərlik səviyyəsində gender bərabərliyinin təşviqi üçün əlavə addımların zəruriliyini göstərir.
 

Sığorta sektorunda qadınlar ümumi işçi heyətinin 43%-ni, son 12 ayda işə qəbul olunanların isə 47%-ni təşkil edir ki, bu da sektorda gender bərabərliyinin nəzərə alınması ilə bağlı müsbət trend hesab olunur. Həmçinin, departament və şöbə rəhbərləri səviyyəsində qadınların təmsilçiliyi 31%, DŞ və İH-də isə müvafiq olaraq 14% və 23% təşkil etməsi maliyyə sektorunun digər seqmentləri ilə müqayisədə daha qənaətbəxş göstərici hesab edilə bilər.


İnvestisiya şirkətlərində isə hal-hazırda qadınlar ümumi işçi qüvvəsinin 44%-ni, ötən il yeni işəgötürülənlərin isə 32%-ni qadınlar təşkil edib.

Bununla belə, qadınların rəhbər vəzifələrdə təmsil olunması üzrə faiz göstəriciləri daha aşağıdır. Belə ki, qadınlar şöbə və departament müdirləri kimi vəzifələrin 25%-ni tutsalar da, idarəetmənin yüksək səviyyələrində bu rəqəmlər daha da azalır. MŞ və İH vəzifələri üzrə qadınların təmsilçiliyi müvafiq olaraq 4% və 12% təşkil edir.

Bizim.Media

Seçilən
11
5
bizim.media

6Mənbələr