AZ

AMB: Maliyyə sektorunda çalışan qadınlar ümumi işçilərin 42%-ni təşkil edir

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı tərəfindən 12 investisiya şirkəti, 21bank və 16 sığorta şirkəti olmaqla cəmi 49 maliyyə institutuarasında aparılan sorğu nəticələrinə görə, maliyyə sektorundaçalışan işçilərin 42%-ni qadınlar təşkil edir.

Trend MərkəziBanka istinadən xəbər verir ki, son 12 ayda işəgötürülənlərin37%-ni qadın əməkdaşlar təşkil edib.

Qeyd edilib ki, Bank sektorunda qadınlar ümumi işçi heyətinin39%-ni, son 12 ayda işə qəbul olunanların isə 34%-ni təşkil edir.Müqayisə üçün qeyd edək ki, keçən il ümumi işçi sayında qadınlarınpayı 38% olub. Rəhbərlik səviyyəsində qadınların təmsilçiliyi dahaaşağıdır. Departament və şöbə rəhbərləri arasında qadınların payı21%, MŞ və İdarə Heyəti (İH) üzvləri arasında isə bu göstəricimüvafiq olaraq 9% və 11%-dir. Gender müxtəlifliyinin nəzərəalınması ilə bağlı daxili tələblər yalnız 8 bankın sənədlərində əksolunmuşdur ki, bu da rəhbərlik səviyyəsində gender bərabərliyinintəşviqi üçün əlavə addımların zəruriliyini göstərir.

Məlumata görə, hal-hazırda investisiya şirkətlərində qadınlarümumi işçi qüvvəsinin 44%-ni, ötən il yeni işəgötürülənlərin isə32%-ni qadınlar təşkil edir. Bununla belə, qadınların rəhbərvəzifələrdə təmsil olunması üzrə faiz göstəriciləri daha aşağıdır.Belə ki, qadınlar şöbə və departament müdirləri kimi vəzifələrin25%-ni tutsalar da, idarəetmənin yüksək səviyyələrində bu rəqəmlərdaha da azalır. MŞ və İH vəzifələri üzrə qadınların təmsilçiliyimüvafiq olaraq 4% və 12% təşkil edir.

“Sığorta sektorunda qadınlar ümumi işçi heyətinin 43%-ni, son 12ayda işə qəbul olunanların isə 47%-ni təşkil edir ki, bu dasektorda gender bərabərliyinin nəzərə alınması ilə bağlı müsbəttrend hesab olunur. Həmçinin, departament və şöbə rəhbərlərisəviyyəsində qadınların təmsilçiliyi 31%, DŞ və İH-də isə müvafiqolaraq 14% və 23% təşkil etməsi maliyyə sektorunun digərseqmentləri ilə müqayisədə daha qənaətbəxş göstərici hesab ediləbilər”, - məlumatda bildirilib.

Seçilən
1
5
az.trend.az

6Mənbələr