AZ

Azərbaycan atletləri Balkan çempionatında mübarizə aparacaqlar

Azərbaycan atletləri Serbiyanın paytaxtı Belqradda keçiriləcək Balkan çempionatında mübarizə aparacaqlar.

"Report" xəbər verir ki, yarışda ölkəmizi 6 idmançı təmsil edəcək.

Nazim Babayevlə Kəsgin Abbaszadə uzunluğa tullanma, Rüstəm Məmmədov və Yekaterina Sarıyeva isə üçtəkanla tullanma yarışlarında qüvvəsini sınayacaqlar.

Lamiyə Vəliyeva 400, Bəxtiyar Əsgərli 800 m məsafəyə qaçışda qalib olmağa çalışacaqlar.

Qeyd edək ki, Balkan çempionatı fevralın 15-də start götürəcək.

Seçilən
5
3
far.az

4Mənbələr