Azərbaycan atletləri Serbiyanın paytaxtı Belqradda keçiriləcək Balkan çempionatında mübarizə aparacaqlar.
90deqiqe.Az xəbər verir ki, yarışda ölkəmizi 6 idmançı təmsil edəcək.
Nazim Babayevlə Kəsgin Abbaszadə uzunluğa tullanma, Rüstəm Məmmədov və Yekaterina Sarıyeva isə üçtəkanla tullanma yarışlarında qüvvəsini sınayacaqlar.
Lamiyə Vəliyeva 400, Bəxtiyar Əsgərli 800 m məsafəyə qaçışda qalib olmağa çalışacaqlar.
Qeyd edək ki, Balkan çempionatı fevralın 15-də start götürəcək.