Azərbaycan atletləri Serbiyanın paytaxtı Belqradda keçiriləcək Balkan çempionatında mübarizə aparacaqlar.


Rekord.az xəbər verir ki, yarışda ölkəmizi 6 idmançı təmsil edəcək.


Nazim Babayevlə Kəsgin Abbaszadə uzunluğa tullanma, Rüstəm Məmmədov və Yekaterina Sarıyeva isə üçtəkanla tullanma yarışlarında qüvvəsini sınayacaqlar.


Lamiyə Vəliyeva 400, Bəxtiyar Əsgərli 800 m məsafəyə qaçışda qalib olmağa çalışacaqlar.


Balkan çempionatı fevralın 15-də start götürəcək.