Almaniya millisinin hücumçusu Camal Musiala "Bavariya" ilə yeni müqavilə imzalayıb, Almaniya futbol klubunun saytı xəbər verir.
Yenisabah.az xəbər verir ki, müqavilə 30 iyun 2030-cu il tarixinədək qüvvədə olacaq.
21 yaşlı Musiala İngiltərənin "Çelsi" klubunun akademiyasından "Bavariya"ya keçib. "Bavariya"nın tərkibində dördqat Almaniya çempionu olub, üç dəfə Almaniya Superkubokunu, bir dəfə UEFA Superkubokunu və Klublararası Dünya Çempionatını qazanıb.
Telegram kanalımız