Futbol üzrə Rusiya və ABŞ milli komandaları yoldaşlıq oyunu keçirə bilər.
Publika.az xəbər verir ki, bu barədə "Sport-Express"ə müsahibəsində matçın agenti Mezmuredavid Desta bildirib.
Onun sözlərinə görə, bu oyunun keçirilməsinə heç bir maneə yoxdur.
“Əlbəttə, niyə də olmasın. Belə bir matç təşkil etmək olar. Məncə, bu əla ideyadır. Bunun üçün bizə daha çox təfərrüat, həmçinin RFU-dan rəsmi məktub lazımdır. Belə bir döyüş təşkil etmək çətin olmayacaq", - Desta deyib.
2022-ci ilin yazında Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) və Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Beynəlxalq Olimpiya Komitəsinin tövsiyələrini nəzərə alaraq, Rusiya millisini, eləcə də bütün Rusiya klublarını bu təşkilatların nəzarətində olan bütün yarışlarda iştirakdan kənarlaşdırmaq qərarına gəlib.