AZ

Mərakeş, İspaniya və Portuqaliya DÇ-2030-a hazırlıq üçün birgə komissiyalar yaradacaq

Mərakeş, İspaniya və Portuqaliya 2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün üç ölkənin səylərini birləşdirəcək birgə komissiyalar yaradacaq.

"Report"un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Mərakeş Krallığının Futbol Federasiyasının bəyanatında deyilir.

Komissiyaların yaradılması ilə bağlı razılıq Saledə (Rabatın ətrafı) Mərakeş Krallığının Futbol Federasiyasının prezidenti Fauzi Lekjaa ilə İspaniya Kral Futbol Federasiyasının (RFEF) rəhbəri Rafael Luzan arasında keçirilən görüşdə əldə olunub.

Söhbət zamanı Lekjaa Mərakeş və İspaniyanı birləşdirən tarixi və mədəni əlaqələri qeyd edərək, 2030-cu il dünya çempionatının uğurlu təşkilini təmin etmək üçün üç ölkə tərəfindən birgə komissiyaların yaradılmasının sürətləndirilməsinin zəruriliyinə işarə edib.

Luzan, öz növbəsində, Mərakeşin bütün səviyyələrdə, xüsusən də infrastruktur sahəsində futbolun inkişafında əldə etdiyi irəliləyişdən danışıb.

Seçilən
64
2
report.az

10Mənbələr