AZ

DÇ-2026: Meksikada bilet qalmaqalı indidən başlayıb

Meksikanın yüksək vəzifəli iki məmuru cərimələri azaltmaq müqabilində DÇ-2026-ya biletləri qəsb etdikləri üçün vəzifələrindən qovulublar.

Arena.az bu barədə “El Universal” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Meksika Milli Şəffaflıq İnstitutunun İnformasiyaya nəzarət və Şəxsi məlumatların mühafizəsi (INAI) şöbəsinin əməkdaşları Xonatan Mendos İserte və Migel Novoa Qomes öz vəzifələrindən Meksika Futbol Federasiyasının (FMF) şikayəti əsasında istefaya göndəriliblər. Bu məmurlar onlara göstərilmiş etimaddan sui-istifadə edərək, DÇ-2026-nın açılış oyuna biletləri qəsb ediblər.

Vurğulanır ki, Meksika hökuməti Meksika Milli Şəffaflıq İnstitutunun İnformasiyaya nəzarət və Şəxsi məlumatların mühafizəsi (INAI) şöbəsini ləğv etmək qərarına gəlib, 23 illik fəaliyyətindən sonra qurumun mövcudluğuna 2025-ci ildə xitam verilib.

Xatırladaq ki, 2026-cı il FIFA Dünya Kuboku iyunun 11-dən iyulun 19-na qədər Amerikanın üç ölkəsində – ABŞ, Kanada və Meksikada keçirilcək.

Seçilən
68
50
arena.az

10Mənbələr