Bakı, 14 fevral, AZƏRTAC
Azərbaycan İdman Akademiyasında “İdman tibbində diz zədələnmələri. Diaqnostika, müalicə və reabilitasiya” mövzusunda elmi-praktik təlim başlayıb.
Akademiyadan AZƏRTAC-a verilən məlumata görə, təlimin ilk günündə Azərbaycan İdman Akademiyasının rəhbər heyəti və həkimlər iştirak ediblər.
Təlimçi Böyük Britaniyanın UCL Universitetinin professoru, Kral Tibb Cəmiyyətinin İdman Tibbi Bölməsinin vitse-prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin tibbi eksperti professor Maykl Luzmor dizin təkamülü, anatomiyası və diz biotexnikası barədə ətraflı danışıb.
Britaniyalı mütəxəssis təlim iştirakçılarının suallarını cavablandırıb.
Təlim fevralın 16-dək edəcək.