AZ

Beynəlxalq Olimpiya Komitəsinin tibbi eksperti İdman Akademiyasında təlim keçir

Fevralın 14-də Azərbaycan İdman Akademiyasında “İdman tibbində diz zədələnmələri. Diaqnostika, müalicə və reabilitasiya” mövzusunda elmi-praktik təlim başlayıb.

"Report" xəbər verir ki, təlimin ilk günündə Azərbaycan İdman Akademiyasının rəhbər heyəti və həkimlər iştirak edib.

Təlimçi Böyük Britaniyanın UCL Universitetinin professoru, Kral Tibb Cəmiyyətinin İdman Tibbi Bölməsinin vitse-prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin tibbi eksperti professor Maykl Luzmor dizin təkamülü, onun anatomiyası və diz biotexnikası barədə ətraflı danışıb.

Həmçinin britaniyalı mütəxəssis təlim iştirakçılarının suallarını cavablandırıb. Qeyd edək ki, təlim fevralın 16-dək davam edəcək.

Seçilən
42
4
report.az

5Mənbələr