AZ

Beynəlxalq Olimpiya Komitəsinin tibbi eksperti İdman Akademiyasında təlim keçir

Azərbaycan İdman Akademiyasında “İdman tibbində diz zədələnmələri. Diaqnostika, müalicə və reabilitasiya” mövzusunda elmi-praktik təlim başlayıb.

Akademiyadan “İki sahil”ə verilən məlumata görə, təlimin ilk günündə Azərbaycan İdman Akademiyasının rəhbər heyəti və həkimlər iştirak ediblər.

Təlimçi Böyük Britaniyanın UCL Universitetinin professoru, Kral Tibb Cəmiyyətinin İdman Tibbi Bölməsinin vitse-prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin tibbi eksperti professor Maykl Luzmor dizin təkamülü, anatomiyası və diz biotexnikası barədə ətraflı danışıb.

Britaniyalı mütəxəssis təlim iştirakçılarının suallarını cavablandırıb.

Təlim fevralın 16-dək edəcək.

Seçilən
34
4
ikisahil.az

5Mənbələr