Bakı. Trend:
"OpenAI" texnologiya korporasiyasının direktorlar şurası ABŞhökumətinin Hökumətin Səmərəliliyi İdarəsinin rəhbəri İlon Maskınqeyri-kommersiya təşkilatını almaq təklifini rədd edib.
Trend-in məlumatına görə, bu barədə "OpenAI" şirkəti "X" sosialşəbəkəsində bildirib.
"OpenAI satılmır və direktorlar şurası Maskın rəqabətə zərbəvurmaq cəhdini yekdilliklə rədd edib. OpenAI-nin hər hansıpotensial yenidən təşkili qeyri-kommersiya müəssisəmizi və bütünbəşəriyyətin süni ümumi intellektdən faydalanmasını təmin etməküçün missiyamızı gücləndirəcək", - deyə qeyd olunub.