AZ

“OpenAI” idarə heyəti şirkətin İlon Maska satışını rədd edib

“OpenAI” texnologiya korporasiyasının direktorlar şurası amerikalı iş adamı, milyarder İlon Maskın qeyri-kommersiya təşkilatını almaq təklifini rədd edib.

“Far.Az” xəbər verir ki, bu barədə “OpenAI” məlumat yayıb.

Qeyd olunub ki, idarə heyəti Maskın rəqabətə zərbə vurmaq cəhdini yekdilliklə qəbul etməyib:

““OpenAI”nin hər hansı potensial yenidən təşkili qeyri-kommersiya müəssisəmizi və ümumi süni intellektin faydalarını bütün bəşəriyyətə çatdırmaq missiyasını gücləndirəcək”.

Daha əvvəl Maskın başçılıq etdiyi investorlar konsorsiumu “ChatGPT” çatbotunu yaradan şirkət “OpenAI”nin fəaliyyətinə nəzarət edən qeyri-kommersiya təşkilatını 97,4 milyard dollara almağa hazır olduğunu açıqlamışdı.

Seçilən
13
4
far.az

10Mənbələr