AZ

Novruz və Ramazan bayramları ilə əlaqədar 12 gün iş olmayacaq


Azərbaycanda Novruz və Ramazan bayramları ilə əlaqədar tətil günlərinin sayı artırılıb.
Yeniavaz.com
xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti müvafiq qərar verib.
Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.
Beləliklə, 27 və 28 mart tarixləri qeyri-iş günləri olacaq, 29-30 mart tarixləri isə şənbə və bazar günlərinə düşəcək. Bununla da, 20-31 mart tarixlərində Azərbaycanda iş günü olmayacaq və Novruz və Ramazan bayramları ilə bağlı tətil 12 gün davam edəcək.
Seçilən
36
24
yeniavaz.com

10Mənbələr