AZ

Azər Baxşəliyevin qızına avtomobil hədiyyə olundu - VİDEO

ARB TV-nin "5 üz" verlişinin final buraxılışı mərhum aktyor Azər Baxşəliyevə həsr olunub.

"Unikal" xəbər verir ki, verilişin aparıcısı Elşən Orucov çıxış edib.

" İstəyirik ki, "5 üz"-ün finalının qalibi Züleyxa balamız olsun. Təbrik edirəm, gözəl balam. Əmilərin hər zaman sənin arxandadı. Atana qismət olmadı, inşallah ki, əmilərinə qismət olacaq səni xoşbəxt görmək. Bu avtomobili əmilərin sənə hədiyyə edir. Həmişə gözəl günlərinə yığışaq, mənim gözəl balam. Veriliş bitən kimi avtomobili şəxsən özüm sənə təqdim edəcəm", - deyə E.Orucov bildirib.

Qeyd edək ki, Azər Baxşəliyev uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib. O, yanvarda dünyasını dəyişib. Azər və Nigarın bu nikahdan Züleyxa adlı bir qız övladı var.

Seçilən
2
14
unikal.az

10Mənbələr